“Qəbələ” Makedoniya klubuna qalib gəldi - YENİLƏNİB

21:01 24 Yanvar 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri Makedoniyanın “Rabotniçki” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Qloriya məşq meydançasında baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Bu, “qırmızı-qaralar”ın Antalyadakı 3-cü yoxlama oyunu olacaq. “Qəbələ” bundan öncə Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1) və İsveçrənin “Sürix” (0:1) klubları ilə qaşılaşmışdı.

 

Yoxlama oyunu

24 yanvar

18:00 Qəbələ (Azərbaycan) - Rabotniçki (Makedoniya) 2:1

Qollar: Asif Məmmədov, 45. Baqali Dabo, 54 - Serjio, 39.

Qəbələ: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov


Digər xəbərlər

Xəbər xətti