“Qarabağ”ın oyunlarının başlama vaxtı açıqlandı

14:13 24 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” sabah iki yoxlama görüşündə qüvvəsini sınayacaq.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar”ın hər iki matçının başlama saatı müəyyənləşib. Baş məşqçi Qurban Qurbanov öncə “Şkupi” ilə görüşdə yetirmələrini sınayacaq. Makedoniyalılarla oyun Bakı vaxtı ilə 16:00-da start götürəcək. İki saat yarımdan sonra - saat 18:30-da Azərbaycan çempionu Ukrayna təmsilçisi “Mariupol”la qarşılaşacaq.



“Qarabağ” Türkiyə toplanışı çərçivəsində iki yoxlama görüşü keçirib. Ölkə çempionu “Kuban” (Rusiya - 2:2) və “Lexiya” (Polşa - 1:1) ilə heç-heçə edib.


Xəbər xətti