"Sumqayıt"ın rəqibi dəyişdi

17:45 24 Yanvar 2018

“Sumqayıt”ın Antalyada 4 yoxlama oyunu keçirəcəyi barədə xəbər vermişik. 

 

Sportarena.az xəbər verir ki, “kimyaçılar” sabah qonşu ölkədə ilk sınaq matçına çıxacaq. Polşanın “Poqon” klubu öncədən planlaşdırılmış yoxlama görüşündən imtina edib. Bu səbəbdən "Sumqayıt" Rumıniya təmsilçisi ”Konkordiya” ilə qarşılaşcaq. Görüş yerli vaxtla saat 16:00-da başlayacaq. Qarşılaşma “The Sense De Luxe” otelinin stadionunda keçiriləcək.

 

1957-ci ildə yaranmış “Konkordiya” Kyajna bölgəsini təmsil edir. Rumıniya yüksək liqasında 7-ci mövsümünü keçirən Yon Moldovanın komandası turnir cədvəlinin 12-ci pilləsində yer alıb.


Xəbər xətti