Millimizin rəqibi Antalyaya yola düşdü

18:37 24 Yanvar 2018

Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Moldova yığması ölkə daxilindəki təlim-məşq toplanışını başa vurub.

 

Sportarena.az xəbər verir ki, millimizin rəqibi bu gün Türkiyəyə yola düşüb. Aleksandr Spiridonun baş məşqçisi olduğu komanda qardaş ölkədə 2 yoxlama görüşü keçirəcək. Moldovalıları yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan yığması ilə sınaq gözləyir.

 

Qeyd edək ki, Spiridon Moldova yığmasına 23 futbolçu dəvət edib.

 


Xəbər xətti