Millimizin baş məşqçisi: "Yekun heyəti müəyyənləşdirməyə çalışdım"

10:13 25 Yanvar 2018

Bu gün Bakı İdman Sarayında keçirilən Azərbaycan – İran oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.

 

Sportarena.az sizi millimizin 1:4 hesablı məğlubiyyəti ilə başa çatan görüşdən sonra səsləndirilən fikirləri diqqətinizə çatdırır:

Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “Bu oyunda hamıya şans verməyə və yekun heyəti müəyyənləşdirməyə çalışdım. Əlbəttə, iki gün ərzində belə güclü rəqiblə ardıcıl oyunlar keçirmək çox çətindi. Bir neçə futzalçımız var ki, onlar hələ də tam hazır deyillər. Söhbət Fineo və Vitali Borisovdan gedir.

Yenə müdafiədə səhvlərə yol verdik. Avropa çempionatına 6-7 gün vaxtımız qalıb. Bu müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Komandada hücumameyilli oyunçular çoxluq təşkil edir. Buna görə də müdafiədə boşluqlar yaranır. Bunu düzəltməliyik”. 

 

Mohammad Nazemalşarieh (İran millisinin baş məşqçisi): “Rəqibimiz haqda ancaq xoş sözlər deyə bilərəm. Həqiqətən də güclü komanda ilə iki oyun keçirdik. Onu da deyim ki, baş məşqçinizlə bizim dostluq əlaqələrimiz var. İnanıram ki, komandanız Avropa çempionatında uğurlu nəticə qazanacaq. Bu oyunun nəticəsinə təsir edən məqamlardan biri də Azərbaycan millisinin iki vacib futzalçısının meydana çıxmaması oldu”.


Xəbər xətti