"Qarabağ" Makedoniyalılarla heç-heçə etdi, ukraynalılara uduzdu - YENİLƏNİB

20:33 25 Yanvar 2018

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün iki yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ilk oyunda Makedoniyanın “Şkupi” komandası ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Ağdam təmsilçisi bu oyundan sonra - saat 18:30-da isə Ukraynanın “Mariupol” klubuyla qarşılaşacaq.

 

Xatırladaq ki, “Qarabağ” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində 2 oyun keçirib. “Köhlən atlar” Türkiyədəki ilk oyununda Rusiya “Kuban”ıyla (2:2), daha sonra Polşanın “Lexiya” klubu ilə (1:1) “sülh bağlayıb”.

 

Yoxlama oyunları

25 yanvar

16:00 Qarabağ (Azərbaycan) - Şkupi (Makedoniya) 0:0

Qarabağ: Anton Kanibolotski, Elvin Yunuszadə, Qara Qarayev, Arif Daşdəmirov, Zaur Fərzəliyev, Coşqun Diniyev, Əsgər Hüseynov, Dani Kintana, Tarik Elyunussi, Ağabala Ramazanov, Ramil Şeydayev


18:30 Qarabağ (Azərbaycan) - Mariupol (Ukrayna) 2:3


Digər xəbərlər

Xəbər xətti