"Kəpəz" Hollandiya yığmasının sabiq üzvünü baxışa çağırdı

12:50 25 Yanvar 2018

Antalayda təlim-məşq toplanışı kençən «Kəpəz» düşərgəsinə daha bir legioner dəvət edib.

 

Sportarena.az xəbər verir ki, vaxtilə Hollandiyanın U-20 və U-21 yığmalarının şərəfini qorumuş Milano Koenders baxışa çağırılıb. 31 yaşlı mərkəz müdafiəçisi «Ayaks»ın yetirməsidi. 10 il formasını geyindiyi Asmterdam klubunu 2006-cı ildə «Velviyk»in yolunu tutub.

 

2007-ci ildə «Alkamaar»la anlaşan Milano 2012-yədək onlara məxsus olub. Bu müddətdə isə 3 kluba icarəyə verilib: NEC (2009), Roterdam «Sparta»sı (2010) və NAC (2010-2012). Növbəti 3 mövsümü «Herakles»də başam vuran və 53 oyuna çıxan müdafiəçi 2016-cı ildə ilk dəfə legioner həyatı yaşamağa başlayıb. Rumıniyaya yollanan hollandiyalı «Konkordiya»nın uğurları üçün tər töküb.

 

Millidə üst-üstə 5 oyun keçitrən futbolçunun karyerası ərzində vurduğu qolların ümumi sayı 4-dü. (Sportinfo.az)


Digər xəbərlər

Xəbər xətti