AFFA millimizə daha bir rəqib tapdı

15:42 25 Yanvar 2018

Futbol üzrə Azərbaycan milli komandası Makedoniya ilə yoxlama oyunu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, martın 27-də Türkiyənin Antalya şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi barədə AFFA və Makedoniya Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.


Qeyd edək ki, yığmamız yanvarın 30-da Moldova ilə də yoxlama oyunu keçirəcək.

 

Əlavə edək ki, daha öncə AFFA Gürcüstan və Kosovo yığmaları ilə də yoxlama oyunu barədə razılıq əldə etmişdi. Gürcülər öz istəkləri ilə bu oyundan imtina etmişdilər. Kosovo isə UEFA Millətlər Liqasında yığmamızla bir qrupa düşdükdən sonra tərəflər yoxlama matçının ləğvini qərar aldılar.


Xəbər xətti