Millimizin Antalyada sonuncu matçında sevindi - YENİLƏNİB

21:47 26 Yanvar 2018

Antalyada təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Albaniyadan olan həyaşıdları ilə üz-üzə gələcək. Bu, yığmamızın Türkiyədəki toplanış çərçivəsində son oyunu olacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Gənclər yığmamız Antalyada 3 oyun keçirib. Millimiz “Alanyaspor”un U-21 komandasına 3:1 hesabıyla qalib gəlib, Albaniyanın gənclər yığmasına 0:1 hesabıyla uduzub, Gürcüstanın U-21 komandası ilə isə 1:1 hesablı heç-heçə edib.

 

Yoxlama oyunu
26 yanvar

19:00 Azərbaycan (U-21) - Albaniya (U-21) 1:0

Qol: Ü.İsgəndərov, 53.

Azərbaycan (U-21): 22. Abdulla Seyidəhmədov, 20. Ömər Buludov, 4. Bəhlul Mustafazadə (k), 5. Elvin Sərkərov, 8. İlkin Muradov, 19. Rafael Məhərrəmli, 18. Ülvü İsgəndərov, 9. Fəhmin Muradbəyli, 2. Sərtan Taşkın, 14. Nicat Süleymanov, 28. Hacıağa Hacılı


Digər xəbərlər

Xəbər xətti