"İkinci hissədə irəlidə oynayıb, "Qarabağ"ı səhvə yol verməyə məcbur etdik" - AÇIQLAMA

12:01 26 Yanvar 2018

“Bu görüşdə əsas vəzifəmiz oyun oyun təcrübəsi qazanmaq və  müdafiə xətti üzərində çalışmaq idi”.

Sportarena.az xəbər verir ki, bu sözləri Antalya toplanışı çərçivəsində keçirilən yoxlama oyununda “Qarabağ”a qalib gələn (3:2) “Mariupol” klubunun baş məşqçisi Aleksandr Babiç deyib. Oyundan sonra Ukrayna klubunun rəsmi saytına danışan baş məşqçi “Qarabağ” üzərində qələbənin xoş olduğunu bildirib:

“İlk hissədə təşəbbüsü bütünlüklə rəqibə verdik və qarşıya  qoyduğumuz vəzifə  üzərində işlədik. Müdafiədə çox oynadıq və düzgün yerdəyişmələr etdik. İkinci hissədə isə bir az irəlidə oynayıb, rəqibi səhvə yol verməyə məcbur etdik. Belə oyunlar bizə çempionata daha keyfiyyətli hazırlaşmaq üçün lazımdır. Təbii ki, hazırda nəticə əsas deyil. Ancaq belə yükləmələr fonunda güclü rəqib üzərində əzmkar qələbə qazanmaq xoşdur”.


Digər xəbərlər

Xəbər xətti