Azan oxundu, ingilis hakim oyunu dayandırdı - VİDEO

12:13 26 Yanvar 2018

Dünyanın ən məşhur futbol hakimlərindən olan Mark Klattenburq maraqlı qərarı ilə diqqət çəkib.

 

Sportarena.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı Kral Kuboku çərçivəsində idarə etdiyi “Əl Feiha” - “Əl Fateh” matçını azan oxunduğu vaxt dayandırıb. İngiltərəli referi azanın bitməsindən sonra oyunu davam etdirib. Onun bu addımı Səudiyyə Ərəbistanında alqışla qarşılanıb.

 

Qeyd edək ki, 2006-cı ildə Çempionlar Liqasının finalını idarə edən Klattenburq, İngitərədən Səudiyyə Ərəbistanına transfer olunub.

 

 


Digər xəbərlər

Xəbər xətti