"Ulduz"un ÇL-dəki rəqibləri məlum oldu

Sportarena.az      26 Yanvar 2018, 15:33

İspaniyanın Alcalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında yanvarın 30-dan fevralın 3-dək Çempionlar Liqasının oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, turnirdə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çemionatının qalibi "Ulduz" futzal komandası iştirak edəcək. Püşkün nəticəsinə görə, D qrupunda yer alan təmsilçimizin rəqibləri Belçikanın “Zebre Çarleroi”, Slovakiyanın “Nove Zamky”, İtaliyanın “Real E Non Solo” və İspaniyanın “Alcala De Henares” komandaları olacaq.

 

“Ulduz” yanvarın 30-da, Bakı vaxtı ilə saat 12:00-da “Real E Non Solo”, saat 16:00-da isə “Nove Zamky”, yanvarın 31-də saat 13:00-da “Alcala De Henares”, saat 18:00-da “Zebre Çarleroi” komandası ilə qarşılaşacaq.

 

Fevralın 1-də 1/4, ertəsi gün yarımfinal, fevarlın 3-də isə üçüncü yer və final oyunu keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin