Alveşə 3 oyunluq cəza

16:33 26 Yanvar 2018

PSJ-nin müdafiəçisi Dani Alveş cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, Fransa Liqa 1-in 22-ci turu çərçivəsində baş tutmuş “Lion”la səfər oyununun 57-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan braziliyalı müdafiəçi, Fransa Futbol Federasiyası (FFF) tərəfindən 3 oyunluq cəza alıb. Məlumatı FFF yayıb.

 

Alveş qırmızı vərəqəyə görə 2, vərəqədən sonra hakimə kəskin etirazına görə isə 1 oyunluq cəzaya layiq bilinib.

 

Xatırladaq ki, “Lion” - PSJ oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnmişdi.


Xəbər xətti