"Keşlə" qalib gəldi

21:43 26 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Keşlə” bu gün toplanış çərçivəsində ilk oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu Makedoniyanın “Rabotniçki” klubuyla üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Adrian Skarlatakenin ilk yarıda vurduğu qol Bakı klubuna qələbə qazandırıb.

 

Yoxlama oyunu

26 yanvar

18:00 Keşlə (Azərbaycan) - Rabotniçki (Makedoniya) 1:0
Qol: Skarlatake, 30.

Keşlə: Kamran Ağayev, Denis Silva, Adrian Skarlatake, Cabir Əmirli, Slavik Alxasov, Ebrima Sohna, Pablo Padio, Məqsəd İsayev, Vaqif Cavadov, Andre Klennon, Pərdis-Fərcad Azad


Digər xəbərlər

Xəbər xətti