“Qəbələ”nin oyununda "qol yağışı" - YENİLƏNİB

22:01 27 Yanvar 2018

“Qəbələ” Antalya hazırlığı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar”ın rəqibi Rusiya təmsilçisi “Arsenal” olacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

“Qəbələ” yanvarın 5-dən 17-dək davam edən 1-ci mərhələdə Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1) və İsveçrənin “Sürix” (0:1), ayın 21-də start götürən 2-ci mərhələdə Makedoniyanın “Rabotniçki” (2:1) klubları ilə qarşılaşıb.


Yoxlama oyunu

27 yanvar

18:00 Qəbələ (Azərbaycan) - Arsenal (Tula, Rusiya) 3:3

Qol: F.Ozobiç, 16. S.Monroz, 32. V.Vernidub, 84 - Berxamov, 4; 28; 44.

Qloriya, məşq meydançası

Qəbələ: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 4. Voyislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov


Digər xəbərlər

Xəbər xətti