"Neftçi" yenə uduzdu - YENİLƏNİB

22:23 27 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” Rusiyanın “Krılya Sovetov” klubu ilə qarşılaşacaq. Rusiyanın birinci divizion təmsilçisi olan Samara klubu 25 turdan sonra 51 xalla 3-cü pillədə qərarlaşıb.

 

“Neftçi” bundan əvvəlki yoxlama görüşlərində uduzub. “Ağ-qaralar” əvvəlcə Rusiya Premyer Liqasının autsayderi “SKA-Xabarovsk”a 1:8, ardınca isə Rumıniyanın “Konkordiya” və Bolqarıstanın “Slaviya” klublarına 0:1 hesabı ilə məğlub olub.

 

Yoxlama oyunu

27 yanvar

18:00 Neftçi (Azərbaycan) - Krılya Sovetov (Rusiya) 0:2

Qol: Sobolev, 31. Yatsenko, 90-pen.

Neftçi: Rəşad Əzizli, Anton Krivotsyuk, Ruslan Abışov (K), Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Fransisko Qarsia, İqnasio Errera, Rəhman Hacıyev, Namik Ələskərov, Mirabdulla Abbasov.


Digər xəbərlər

Xəbər xətti