Ronaldo daha bir mükafata sahib çıxdı

17:18 27 Yanvar 2018

“Real”ın futbolçusu Kriştiano Ronaldo daha bir mükafata layiq görülüb.

 

Sportarena.az xəbər verir ki, Çinin məşhur portalı “Dongqiudi”nin azarkeşlər arasında keçirdiyi ənənəvi sorğuya əsasən portuqaliyalı hücumçu ilin futbolçusu seçilib.

 

Ötən il də çinli azarkeşlər Ronaldonu seçmişdi. Ronaldo FİFA tərəfindən də 2017-ci ilin ən yaxşı futbolçusu adına layiq görülüb.


Xəbər xətti