"Beşiktaş" legionerini icarəyə verdi

18:17 27 Yanvar 2018

"Beşiktaş" bir futbolçusunu icarəyə göndərib.

 

Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi müdafiəçi Matey Mitroviçi Belçikanın "Brügge" klubuna icarəyə verib. Xorvatiyalı 24 yaşlı mərkəz müdafiəçisi mövsümün sonunadək "göy-qaralar"ın heyətində çıxış edəcək.

 

Qeyd edək ki, "Beşiktaş" Mitroviçi 2017-ci ilin yanvar ayında Xorvatiyanın "Riyeka" klubundan 4,2 milyon avroya transfer etmişdi. Gənc müdafiəçi "qara qartallar"ın heyətində 2 Super Liqa və 4 Türkiyə kuboku matçında meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti