Moldova Cənubi Koreyaya uduzdu

11:20 28 Yanvar 2018

Futbol üzrə Azərbaycan milli komandasının Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşü keçirəcəyi Moldova yığması bu gün ilk oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Aleksandr Spiridonun yetirmələri Antalya toplanışı çərçivəsində Cənubi Koreya yığması ilə sınaq matçında qüvvəsini sınayıb.

 

Moldovalılar bu il Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinin iştirakçısı olacaq asiyalılara 0:1 hesabı ilə yenilib. Millimizin rəqibi 69-cu dəqiqədə Kin Şun Vukun vurduğu qolla uduzub. Spiridon bu matçda ikinci hissədə 6 əvəzləmə etməklə ümumilikdə 17 futbolçuya oynamaq şansı yaradıb.

 

Xatırladaq ki, yığmamız Moldovayla yanvarın 30-da qarşılaşacaq. Həmin oyun Bakı vaxtilə saat 20:00-da start götürəcək. Qurban Qurbanovun çalışdırdığı kollektiv artıq bu gündən Antalyada təlim-məşq toplanışına start verib.


Digər xəbərlər

Xəbər xətti