“Kəpəz” “Yagelloniya”ya darmadağın oldu - YENİLƏNİB

22:15 28 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Yunis Hüseynovun yetirmələri Polşanın “Yagelloniya” klubuyla qarşılaşıb. Bu matç gəncəlilərin biabırçı məğlubiyyəti ilə başa çatıb - 1:8. 

 

Gəncə təmsilçisi Türkiyədə daha öncə Rumıniyanın “Vitorul” (1:1) və Cənubi Koreyanın “Daejeon Citizen” (1:0) klublarıyla qarşılaşıb.

 

Yoxlama oyunu

28 yanvar

17:00 Kəpəz (Azərbaycan) - Yagelloniya (Polşa) 1:8

Kəpəz: Sergey Litovçenko, Şəhriyar Əliyev, Şəhriyar Rəhimov, Tural Cəlilov, İqor Korotetski, Dieqo Souza, Giuli Mandjqaladze, Tərzin Cahangirov, Roman Hüseynov, Murad Səttarlı, Dario Federiko.


Digər xəbərlər

Xəbər xətti