Elyunussi "Qarabağ"dan ayrılır?

14:32 28 Yanvar 2018

“Qarabağ”ın norveçli yarımmüdafiəçisi Tarık Elyunussi “Qarabağ”ı tərk edir.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “expressen.se” saytı yayıb. Xəbərdə 29 yaşlı futbolçunun “Olimpiakos”la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi qeyd edilib. Onun sabah Dubayda təlim-məşq toplanışında olan İsveçin AİK klubunda tibbi müayinədən keçəcəyi vurğulanıb.

 

Xatırladaq ki, Norveç millisinin də üzvü olan Elyunussi ötən ilin sentyabrından “Qarabağ”da top qovur. “Olimpiakos”dan icarəyə götürülən futbolçunun “köhlən atlar”la müqavilə müddəti mövsümün sonunda bitəcək.


Xəbər xətti