"Sumqayıt" Makedoniya klubu ilə "sülh bağladı" - YENİLƏNİB

22:28 28 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Samir Abasovun yetirmələri Makdeoniyanın “Akademiya Pandev” klubuyla qarşılaşıb. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

 

Qeyd edək ki, 2010-cu ildə məşhur futbolçu Qoran Pandev tərəfindən yaradılan komanda ötən mövsüm Makedoniya 2-ci liqasında 1-ci yer tutaraq əsas liqaya vəsiqə qazanıb. Pançe Stoyanovun baş məşqçisi olduğu “Akademiya Pandev” hazırda Makedoniya əsas liqasında 4-cü yerdə qərarlaşıb.

 

Yoxlama oyunu

28 yanvar

Sumqayıt (Azərbaycan) - Akademiya Pandev (Makedoniya) 1:1

Qol: Vurğun Hüseynov, 30.

Sumqayıt: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 17. Nicat Qurbanov, 18. Tural Axundov, 19. Azər Salahlı, 97. Xəyal Nəcəfov.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 36. Süleyman Süleymanov, 11. Ehtiram Şahverdiyev, 20. Rüfət Abdullazadə, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov.


Xəbər xətti