Messi: "Neymarsız daha balanslı görünürük"

17:19 28 Yanvar 2018

"Barselona"nın hücumçusu Lionel Messi maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, argentinalı ulduz Neymarın Kataloniya klubundan ayrılmasının onlara xeyir verdiyini deyib.

 

"Neymarsız biz daha balanslı görünürük. Onun gedişi bizim oyun üslubumuzda dəyişiklik demək idi. Hücum potensialını itirsək də, müdafiəmiz gücləndi. Hazırda dişli yarımmüdafiəmiz var. Bu amil müdafiə xəttinə kömək edir.

 

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-ə transfer olunub.


Digər xəbərlər

Xəbər xətti