Millimiz Kosovoya yenə uduzdu

10:16 29 Yanvar 2018

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün daha bir yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, millimiz yenə Kosovonun müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşıb. Futbolçularımız bu dəfə də meydanı məğlubiyyətlə tərk ediblər. Rəqib komandanın 47-ci dəqiqədə vurduğu qol matçda yeganə qolub.

 

Xatırladaq ki, bu komandalar arasında yanvarın 24-də keçirilmiş ilk oyunda U-19 millimiz 0:1 hesabı ilə məğlub olmuşdu.


Digər xəbərlər

Xəbər xətti