“Qarabağ” bosniyalılara uduzdu - YENİLƏNİB

20:31 29 Yanvar 2018

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi Bosniya və Herseqovinanın “Sarayevo” klubuyla qarşılaşıb. “Köhlən atlar”ın millinin düşərgəsində olan 11 üzvü bu oyunda iştirak etməyib. Baş məşqçi Qurban Qurbanov da oyun zamanı millinin "sükanı arxasında" olub. Bu üzdən ikinci heyətlə meydana çıxan Ağdam klubu məğlubiyyətlə üzləşib.

 

Xatırladaq ki, “Sarayevo” ilə matç “Qarabağ”ın Antalya toplanışı çərçivəsində 5-ci oyunu olub. “Köhlən atlar” daha öncə Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” (0:0) və Ukraynanın “Mariupol” klublarıyla (2:3) qarşılaşmışdı.

 

Yoxlama oyunu

29 yanvar

18:30 Qarabağ (Azərbaycan) - Sarayevo (Bosniya və Herseqovina) 0:2

Qarabağ: Anton Kanibolotski, Əsgər Hüseynov, Yakub Jezniçak, Arif Daşdəmirov, Ansi Aqolli, Donald Gerrye, Nicat Süleymanov, Ağabala Ramazanov, Miçel, Pedro Enrike, Dani Kintana.


Xəbər xətti