Millinin mətbuat üçün açıq məşqi və brifinqi olacaq

11:32 29 Yanvar 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının mətbuat nümayəndələri üçün açıq məşqi keçiriləcək.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimizin yanvarın 29-da, yerli vaxtla saat 18:00-da, Mardan otelin stadionunda baş tutacaq məşqinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

 

Məşqdən öncə - saat 17:30-da isə millinin baş məşqçisi Qurban Qurbanovun və bir neçə futbolçunun brifinqi təşkil olunacaq.


Xəbər xətti