Eto Türkiyədə klub dəyişir

15:52 29 Yanvar 2018

"Antalyaspor" ulduz futbolçusu Samuel Eto ilə yoları ayırmaq üzrədir.

 

Sportarena.az xəbər verir ki, kamerunlu forvard karyerasını Türkiyənin digər klubunda davam etdirəcək. 36 yaşlı hücumçu Super Liqa təmsilçisi "Konyaspor"la anlaşıb. Tərəflər arasında tezliklə 1,5 illik saziş bağlanacaq.

 

Qeyd edək ki, Eto "Antalyaspor"a 2015-ci ildə "Sampdoria"da keçmişdi. Kamerun millisinin sabiq üzvü "Real" Madrid, "Malyorka", "Barselona", "İnter", "Anji", "Çelsi", "Everton" kimi klublarda çıxış edib.


Xəbər xətti