"Kəpəz”in qapıçısı “Sabah”da

17:34 29 Yanvar 2018

Birinci divizionda çıxış edən “Sabah” bu qış fasiləsində növbəti transferini edib.

 

Sportarena.az xəbər verir ki, cari mövsümün ilk yarısını “Kəpəz”də çıxış edən qapıçı Ruzi Qiyaslı mövsümün sonuna kimi paytaxt klubu ilə müqavilə imzalayıb.

 

23 yaşlı qapıçı karyerası ərzində “Turan”, “Şəmkir”, “Neftçi”, “Ağsu” və “Qaradağ Lökbatan” klublarında da forma geyinib.


Digər xəbərlər

Xəbər xətti