Braziliyalı hücumçu rəsmən "Beşiktaş"da

11:31 30 Yanvar 2018

Türkiyə çempionu “Beşiktaş” heyətinə yeni futbolçu cəlb edib.

 

Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı hücumçu Vaqner Lavı sıralarına qatıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 2,5 illik müqaviləyə imza atıblar.

 

“Alanyaspor”dan transfer edilən 33 yaşlı forvard Türkiyədə 2016-cı ildən çıxış edir. Lav Alanya klubuna “Monako”dan transfer edilmişdi. O, karyerası ərzində “Palmeyras”, ÇSKA (Moskva), “Flamenqo”, “Korintians” klublarında da çıxış edib.

 

Vaqner Braziliya yığmasında 20 oyun keçirib, 4 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti