"Barselona"nın futbolçusu İngiltərə klubunda

12:17 30 Yanvar 2018

"Barselona" futbolçusu Jear Deulofeunu "Uotford"a icarəyə verib.

 

Sportarena.az xəbər verir ki, 23 yaşlı hücumçu mövsümün sonuna kimi icarə əsasında İngiltərə Premyer Liqası təmsilçisində çıxış edəcək. "Uotford" icarə haqqı olaraq Kataloniya klubuna 1 milyon avro təzminat ödəniləcək.

 

Qeyd edək ki, J.Deulofeu bu mövsüm 17 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti