“Zirə” "Avanqard"a böyük hesabla uduzdu - YENİLƏNİB

18:34 30 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Rusiyanın “Avanqard” klubuyla üz-üzə gəlib. Matç rusların 3:0 hesablı qələbəsi ilə nəticələnib.

 

Bu, “Zirə”nin Türkiyədə keçirəcəyi 2-ci yoxlama oyunu idi. “Qartallar” bundan öncə Rumıniyanın “Voluntari” klubunu 2:0 hesabıyla məğlub etmişdi.

 

Yoxlama oyunu

30 yanvar

16:00 Zirə (Azərbaycan) - Avanqard (Rusiya) 0:3

Qol: İlnur Alşen 5, Roman Minayev 59, Aleksandr Tarapovski 77 - pen.   

Zirə: Abdulla Seyidəhmədov, Adil Nağıyev, Yovan Krneta, Tellur Mütəllimov, Aleksandr Şemonayev, Milan Duriç, Elşən Abdullayev, İlkin Muradov, Mirsahib Abbasov, Sadio Tounkara, Vüsal İskəndərli

Avanqard: Stanislav Kozerev, Mixael, Boqayev, İlya Bobruşov, Aleksandr Konsetdalov, Denis Nikitin, Denis Sinyayev, İlnur Alşen, Ravil Nitfulin, Roman Minayev, Denis Voynov, İslam Tulupov


Xəbər xətti