“Neftçi" yenə darmadağın oldu - YENİLƏNİB

20:42 30 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün toplanış çərçivəsində son oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Tərlan Əhmədovun yetirmələri Makedoniyanın “Sileks” klubuyla üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

Xatırladaq ki, “Neftçi” Türkiyədəki toplanış çərçivəsində keçirdiyi bütün oyunlarda məğlub olub. “Ağ-qaralar” “SKA-Xabarovsk”a (Rusiya) 1:8, “Slaviya”ya (Bolqarıstan) 0:1, “Konkordiya”ya (Rumıniya) 0:1, “Krılya Sovetov”a (Rusiya) isə 0:2 hesabı ilə uduzub.

 

Yoxlama oyunu

30 yanvar

17:00 Neftçi (Azərbaycan) - Sileks (Makedoniya) 0:3

Neftçi: Səlahət Ağayev, Fərid Abbaslı, Kirilo Petrov, Elvin Sərkərov, İlkin Qırtımov, Rəşad Sadiqov (K), Derlis Meza Kolli, İqnasio Errera, Namik Ələskərov, Fransisko Qarsia, Mirabdulla Abbasov 

Ehtiyat oyunçular: Kamran İbrahimov, Elçin Əsədov, Mayk Kampaz, Lukas Qomez


Digər xəbərlər

Xəbər xətti