Bekhemin klubu MLS-ə buraxıldı

14:16 30 Yanvar 2018

MLS rəhbərliyi liqaya yeni komandanın qəbul edildiyi barədə məlumat yayıb.

 

Sportarena.az xəbər verir ki, yeni komandanın sahibi İngiltərə futbolunun əfsanəsi Devid Bekhemdi. Mayamidə məskunlaşacaq klubun emblemi və adı isə hələ müəyyən edilməyib.

 

Şəhərin mərkəzində klub üçün 25 min yerlik stadion inşa olunacaq. Bundan əlavə, məşq bazası və akademiyanın tikilməsi də planlaşdırılır.

 

Bekhemin komandasının liqada hansı ildən mübarizə aparacağı barədə əlavə məlumat veriləcək. Bu klub liqada 24-cü komanda olacaq.


Digər xəbərlər

Xəbər xətti