"Neftçi" Ukraynalı hücumçunu bəyənmədi - AÇIQLAMA

14:47 30 Yanvar 2018

“Neftçi”də baxışda olan ukraynalı hücumçu İqor Sikorski vətəninə qayıdıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “footboom.com” saytı yayıb. Bakı klubundan öncə Qazaxıstanın “Ordabaşı” komandasında da baxışda olan 29 yaşlı hücumçu bu komandalarla anlaşa bilməməsinin səbəbini açıqlayıb:

 

“Qazaxıstan klubunun məşqçiləri mənə dedilər ki, daha güclü legioner axtarırırlar. Onlar milli üzvü trasnfer etmək istəyirdilər. Bundan sonra “Neftçi” variantı ortaya çıxdı. Burda bir neçə məşq və iki yoxlama oyunu keçirdim. Təəssüf ki, burda da heç nə alınmadı. Buna görə bir qədər təəssüfləndim, çünki ölkə xaricində çıxış etmək istəyirdim. Ancaq ruhdan düşmürəm. Əsas odu ki, özüm üçün müəyyən məqsəd müəyyənləşdirdim. “Ordabaşı” və “Neftçi” güclü klublardı. Bu klublarda bir çox səviyyəli, milli üzvü olan futbolçular çıxış edir”. 


Xəbər xətti