"Liverpul" Starrici "Vest Bromviç"ə verdi

17:42 30 Yanvar 2018

İngiltərə Premyer Liqa təmsilçisi “Vest Bromviç” “Liverpul”un hücumçusu Daniel Starrici heyətinə cəlb edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Məlumatda 28 yaşlı hücumçunun mövsümün sonuna kimi icarəyə götürüldüyü qeyd edilib.

 

Xatırladaq ki, karyerası ərzində “Mançester Siti”, “Çelsi”, “Liverpul” kimi klublarda top qovmuş Starric, Premyer Liqada şans qazandığı 194 oyunda 74 qol vurub.


Xəbər xətti