"Qarabağ"ın futbolçusu rəsmən İsveç klubunda - FOTO

21:35 30 Yanvar 2018

"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, Tarık Elyunussi İsveçin AİK klubu ilə anlaşıb. Bu barədə "sarı-qaralar"ın rəsmi saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti 2019-cu ilin dekabrın 31-ə qədərdir.

 

Bu keçidə görə AİK onun müqavilə məxsus olduğu "Olimpiakos"a heç bir məbləğ ödəməyəcək. Buna səbəb Tarıkın Yunanıstan klubundan azad agent statusu ilə ayrılmasıdı.

 

Qeyd edək ki, yarımmüdafiəçi yay transfer pəncərəsinin son günlərində məhz Yunanıstan çempionundan icarə əsasında "Qarabağ"a keçmişdi.

 


Digər xəbərlər

Xəbər xətti