"Tottenhem" MY-ə qalib gəldi, "Çelsi" uduzdu- YENİLƏNİB

10:04 1 Fevral 2018

İngiltərə Premyer Liqasında 25-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, turun ilk oyun günündə 3 qarşılaşma keçirilib.

 

“Arsenal” səfərdə “Suonsi”, “Liverpul” isə “Haddersfild”lə qarşılaşıb. "Topçular" məğlubiyyətlə üzləşdikləri halda, "qırmızılar" darmadağınla qalib gəliblər. "Vest Hem" - "Kristal Pelas" matçında isə qalib müəyyənləşməyib. 

 

Lider “Mançester Siti” sabah meydana çıxacaq. Xosep Qvardiolanın yetirmələri aşağı pillələrdə qərarlaşmış “Vest Bromviç”i qəbul edəcək.

 

Turun mərkəzi oyunu da sabah keçiriləcək. “Tottenhem” doğma meydanda “Mançester Yunayted”lə qarşılaşacaq.

 

İngiltərə Premyer Liqası, 25-ci tur

30 yanvar

Suonsi - Arsenal 3:1
Vest Hem - Kristal Pelas 1:1
Haddersfild - Liverpul 0:3

 

31 yanvar

23:45 Çelsi - Bornmut 0:3
23:45 Everton - Lester 2:1
23:45 Nyukasl - Bernli 1:1
23:45 Sautqempton - Brayton 1:1
00:00 Mançester Siti - Vest Bromviç 3:0
00:00 Stok Siti - Uotford 0:0
00:00 Tottenhem - Mançester Yunayted 2:0


Digər xəbərlər

Xəbər xətti