"Çelsi" "Roma"nın futbolçusunu transfer etdi

11:24 31 Yanvar 2018

“Roma”nın müdafiəçisi Emerson Palmieri karyerasını İngiltərədə davam etdirəcək. 

 

Sportarena.az xəbər verir ki, brazilyalı futbolçu ilə 4,5 illik müqavilə bağlanılıb. "Zadəganlar" 23 yaşlı futbolçunun keçidi üçün 20 milyon avrosundan keçib. Müqavilənin detallarında 8 milyon avroluq bonus da yer alıb.



Emerson “Roma”ya 2015-ci ildə "Santos"dan 2 milyon avro qarşılığında transfer edilmişdi.


Digər xəbərlər

Xəbər xətti