"Qəbələ" "Bohemians"a 3 qolla yenildi - YENİLƏNİB

20:21 31 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri Çexiyanın "Bohemians" kollektivi ilə qarşılaşıb. 

 

“Gloria Sports Arena”da baş tutan qarşılaşmada qapılara 4 qol vurulub. Qələbəni isə Çexiya klubu bayram edib.

 

Xatırladaq ki, "Qəbələ" Türkiyə toplanışı çərçivəsində yerli “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1) və Rusiyanın "Arsenal" (3:3) klubları ilə qarşılaşıb.

 

Yoxlama oyunu

31 yanvar

18:00 Qəbələ (Azərbaycan) - Bohemians (Çexiya) 1:3

Qol: Hacıağa Hacıyev, 49 - Luts Siim, 31. Yakub Neças, 69. Haşek, 71.

Antalya. “Gloria Sports Arena”

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 16. Dion Malone, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 34. Ürfan Abbasov, 45. Famussa Kone.

Ehtiyat oyunçular: 35. Murad Popov, 23. Aqil Məmmədov, 25. Əmrah Zülfüqarlı, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 14. Cavid Hüseynov, 18. İlqar Qurbanov, 29. Hacıağa Hacıyev, 33. Təmkin Xəlilzadə, 62. Faiq Hacıyev, 74. Yusif Nəbiyev, 89. Abbas Ağazadə.


Xəbər xətti