İngiltərə klubu yeni loqosundan imtina etdi - FOTO

15:34 31 Yanvar 2018

İngiltərə Çempionşip təmsilçisi “Lids” bir müddət öncə qəbul etdiyi yeni emblemindən imtina edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Yorkşirlilərin bu addımına, azarkeşlərin yeni loqoya olan münasibəti səbəb olub. Belə ki, yeni emblemi “Lids” fanatları kəskin narazılıqla qarşılayıb. 77 minə yaxın azarkeş bu loqonun qəbul edilməməsi barədə petisiyaya imza atıb.

 

Bundan sonra klub rəhbərliyi yeni loqonun ləğv edilməsi barədə qərar qəbul edib.

 


Xəbər xətti