Obameyanq rəsmən "Arsenal"da

16:33 31 Yanvar 2018

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Pyer-Emerik Obameyanq İngiltərə "Arsenal"ına transfer olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Londn klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı hücumçunun keçidi Premyer Liqa klubu üçün rekord məbləğə başa gəlib. 

 

Belə ki, İngiltərə mətbuatı Qabon millisinin kapitanı ilə 3,5 illik müqavilə bağlanıldığını yazıb. Bunun qarşılığında Obameyanq həftədə 180 min funt sterlinq qazanacaq. "Borussiya" isə onun satışından 63,75 milyon avro əldə edib. 

 

14 nömrəli formada çıxış edəcəyi gözlənilən hücumçu bugünlərdə "Mançester Yunayted"ə transfer olummuş Aleksis Sançesi əvəzləyəcək.

 

Obameyanq qış transfer dövründə "Arsenal"ın ikinci transferidi. Hücumçu "Borussiya"nın heyətində 213 oyuna 172, Bundesliqada isə 144 matçda 98 qol vurub.


Digər xəbərlər

Xəbər xətti