Araz oynamadı, komandası qalib gəldi

10:18 1 Fevral 2018

Futbol üzrə Kipr çempionatında 22-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Pafos”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

 

Geridə qalan turlarda 47 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında üçüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti