PSJ-nin futbolçusu "Tottenhem"də

10:49 1 Fevral 2018

İngiltərənin “Tottenhem” klubu heyətinə yeni futbolçu qatıb.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa klubu Fransanın PSJ komandasında çıxış edən braziliyalı cinah oyunçusu Lukas Mouranı transfer edib. Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

25 yaşlı futbolçu yeni klubu ilə müddəti 2022/23 mövsümünün sonunda bitəcək müqaviləyə imza atıb. O, “Tottenhem”də 27 nömrəli formanı geyinəcək.

 

İngiltərə mətbuati bu transferin Premyer Liqa təmsilçisinə 25 milyon funt-sterlinqə başa gəldiyini yazıb.

 

PSJ-nin 2013-cü ildə Braziliyanın “San Paulo” klubundan 40 milyon avroya aldığı Moura Paris təmsilçisinin heyətində 229 oyuna çıxıb, 46 qol vurub, 50 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti