“Səbail” heç-heçə etdi - YENİLƏNİB

18:21 1 Fevral 2018

Yanvarın 20-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, “Su səsi” otelinin meydançasında keçirilən oyunda “Səbail” Slovakiyanın “Senica” komandası ilə qarşılıb. Görüşdə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

 

"Səbail” bundan öncə 3 yoxlama matçı keçirib. Premyer Liqa klubu Bolqarıstanın “Lokomotiv”inə 1:3 hesabı ilə uduzub, “Çernomorets” (Ukrayna – 0:0) və “Napredak”la (Serbiya – 1:1) heç-heçə edib.

 

Yoxlama oyunu

1 fevral

16.00 Səbail (Azərbaycan) - Senica (Slovakiya) 2:0
Türkiyə, Antalya


Digər xəbərlər

Xəbər xətti