“Lester”in hücumçusu “Nyukasl”da

15:33 1 Fevral 2018

Əlcəzair millisinin və “Lester”in hücumçusu İslam Slimani karyerasını Premyer Liqanın digər təmsilçisi “Nyukasl”da davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “ağ-qaralar”ın mətbuat xidməti yayıb. “Sağsağanlar” Slimanini mövsümün sonuna kimi icarəyə götürüb.

 

Xatırladaq ki, Slimani cari mövsümdə şans qazandığı 17 oyunda 5 qol vurub, 2 qol ötürməsi edib. 


Xəbər xətti