Şehiç 45 dəqiqə oynadı, Prosineçki ilk məğlubiyyətini aldı - VİDEO

15:52 1 Fevral 2018

"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin şərəfini qoruduğu Bosniya və Herseqovina millisi növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi komanda ABŞ-da təlim-məşq toplanışı çərçivəsində Meksika yığması qarşılaşıb. Görüş Meksikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 65-ci dəqiqədə Uqo Ayala vurub.

 

Sehiç birinci hissədə meydanda olub. O, 46-cı dəqiqədə Kenan Piriçlə əvəzlənib.

 

 


Digər xəbərlər

Xəbər xətti