"Keşlə" qayıdır

12:53 2 Fevral 2018

Keşlə” Antalyadakı təlim-məşq toplanışını başa vurub. 

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün hazırlığın Türkiyə mərhələsini başa vuraraq, Bakıya yola düşüb.

 

“Keşlə” Antalyada 3 yoxlama oyunu keçirib. Yuri Maksimovun yetirmələri Makedoniyanın “Rabotniçki” klubunu 1:0 hesabıyla məğlub edib, Ukraynanın “Karpatı” klubuna isə 1:2 hesabıyla uduzub. Bakı təmsilçisi toplanış çərçivəsində keçirdiyi son oyunda dünən Rusiyanın “Yenisey” klubuyla “sülh bağlayıb” - 1:1.

 

Xatırladaq ki, “Keşlə” Azərbaycan Premyer Liqasının fasilədən sonrakı ilk turunda evdə “Səbail”lə qarşılaşacaq. Oyun fevralın 11-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti