"Qəbələ" Gürcüstan toplanışını başa vurdu

14:41 2 Fevral 2018

“Qəbələ”nin əvəzedici komandası Gürcüstan toplanışında növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Tbilisidəki hazırlıq çərçivəsində keçirdiyi ilk iki oyunda yerli “VİT-Corciya” (0:2) və “Saburtalo”nun əvəzedici komandası (1:0) ilə görüşən “qırmızı-qaralar” daha bir paytaxt təmsilçisi isə üz-üzə gəliblər. “Qəbələ” “Lokomotiv”in əvəzediciləri ilə görüşüb. Qarşılaşmada bir qol vurulub. Matçın 4-cü dəqiqəsində erkən qola sevinən meydan sahibləri minimal hesabla qalib gəliblər - 1:0. Buraxılan topdan sonra üstünlüyü ələ alan “Qəbələ” çoxsaylı qol imkanları əldə etsə də, rəqib qapısına yol tapa bilməyib.

 

Yanvarın 26-da start götürən təlim-məşq toplanışını başa vuran əvəzedicilər bu gün vətənə dönür. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda üç günlük istirahətə buraxılacaq.

 

Əvəzedicilər 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlığını fevralın 5-də Qəbələdə bərpa edəcək.


Digər xəbərlər

Xəbər xətti