"Qarabağ" ın oyununun başlama saatı açıqlandı

17:48 2 Fevral 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qarabağ” qonşu ölkədə sonuncu yoxlama oyununa çıxacaq. 

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar” sabah Monteneqro təmsilçisi “Mladost”la qarşılaşacaq. Matç Bakı vaxtıyla saat 19:30-da start götürəcək.

Veselin Steşeviçin rəhbərlik etdiyi “Mladost” hazırda yerli çempionatda 24 xalla 4-cü pillədə qərarlaşıb.

Bu, “Qarabağ”ın Antalya toplanışı çərçivəsində 6-cı yoxlama oyunu olacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk beş görüşdə Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” (0:0), Ukraynanın “Mariupol” (2:3) və Bosniya və Herseqovinanın “Sarayevo” klublarıyla (0:2) qarşılaşmışdı.


Digər xəbərlər

Xəbər xətti