"Qarabağ" Antalyada son məşqinə çıxdı

10:28 3 Fevral 2018

“Qarabağ” Antalyadakı təlim-məşq toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda bu gün toplanışın son məşqinə çıxıb. Yerli vaxtla 11:00-da start götürən hazırlıq 90 dəqiqə davam edib, isinmə hərəkətlərinin ardından futbolçular taktiki çalışmalarla kifayətlənib.

 

Qeyd edək ki, “Qarabağ” sabah – fevralın 3-də təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək. Komanda Çernoqoriyanın “Mladost” klubuyla qarşılaşacaq. Matç Bakı vaxtıyla 19:30-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti